Ermənistan klubu Türkiyədə dava saldı - VİDEO

15:52 13 Fevral 2017

Türkiyənin Antalya şəhərində Qazaxıstanın "Kaysar" və Ermənistanın "Banants" klubları arasındakı yoxlama matçında dava düşüb. 
 

Sportarena.az xəbər verir ki, hadisəyə erməni futbolçunun "Kaysar"ın kapitanı Maksat Baycanovu təxribata çəkməsi səbəb olub. Münaqişəyə onların komanda yoldaşları da qoşulub. Davanın yekununda toqquşmanın səbəbkarları meydandan qovulub. 
 

Qeyd edək ki, görüş "Kaysar"ın qələbəsi ilə yekunlaşıb - 2:0. 

 

 


Digər xəbərlər

Xəbər xətti