Şeydayev hansı şərtlərlə "Jilina"ya keçib?

18:53 13 Fevral 2017

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin “Jilina”ya hansı şərtlərlə keçdiyi açıqlanıb.

 


Sportarena.az xəbər verir ki, bu barədə "Trabzonspor" rəsmi saytı vasitəsilə məlumat yayıb. Gənc forvardın 2018-ci ilin yayına qədər Slovakiya klubunda çıxış edəcəyini açıqlayıblar. “Jilina” bunun müqabilində qarşı tərəfə pul verməyəcək. Əksinə, oyunçunun aylıq məvacibinin 10 min avrosunu Qara dəniz təmsilçisi ödəyəcək.

 


Klublar arasında imzalanan müqavilədə yer alan bəndə əsasən, Slovakiya çempionatının lideri 3 milyon avro müqabilində Şeydayevi birdəfəlik transfer etmək hüququna malik olacaq. Razılığa görə, bu müddətdə və ya 2018-ci ilin yayında futbolçu başqa kluba transfer olunarsa, əldə ediləcək pulun 10 faizi “Jilina”ya çatacaq.
 

 

Qeyd edək ki, Ramil Şeydayev ötən yayda “Trabzonspor”la 4 illik müqavilə imzalamışdı.


Digər xəbərlər

Xəbər xətti