"Havadan şikayətlənə bilmərik" - Elxan Abdullayev - AÇIQLAMA

20:20 13 Fevral 2017

“Hər iki komanda yaxşı oyun sərgilədi. Rəqib qapıçının oyunu daha çox fərqlənməyimizə mane oldu”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib. Azərbaycan Premyer Liqasının 18-ci turunda “Sumqayıt”ı qəbul edən “ağ-qaralar” meydandan 1:0 hesablı qələbə ilə ayrılıblar. Matçdan sonra keçirilən mətbuat konfransında Abdullayev qalibiyyəti şərh edib:

 

“Fikrimcə, yaxşı oyun sərgilədik və 3 xal qazandıq”.

 

 

- Bu gün sizə “Sumqayıt” daha çox çətinlik yaratdı, yoxsa hava şəraiti?

- Havadan şikayətlənə bilmərik. Hər iki komanda eyni havada oynayırdı.

 

 

- İcarə əsasında “Neftçi”də çıxış edən futbolçuları komandada uzun müddət saxlamaq planınız varmı?

- Folprext və Dreksadan başqa hamısı bizim futbolçularımızdı. Dreksa ilə 1 illik müqaviləmiz var. Amma Folprextlə müqavilənin müddəti mövsümün sonunda başa çatır. Sadəcə, onunla sözləşmədə belə bir bənd qoyduq ki, istəsək, transfer edə bilərik.

 

 

- Son matçlarda meydana çıxmayan Boban Baykoviçin komandadan göndərilməsi baş verə bilərmi?

- Həm Baykoviç, həm Maksim Vaylo komandamızın qapıçısıdı. Bu gün elə tələb olunurdu ki, qapıda Vaylo dayansın. Özünüz də bilirsiz ki, legioner limiti məsələsi var. Komandada zədəli olan futbolçularımız var. Cavid, Rəhman, Fəhmin tam formada deyillər. Ola bilsin ki, gələn matçda qapıda Baykoviç dayansın. Bu, oyundan və rəqibdən asılıdı.


Digər xəbərlər

Xəbər xətti