"Qalatasaray"ın baş məşqçisi göndərildi - Türkiyə mətbuatı

10:21 14 Fevral 2017

“Qalatasaray”ın baş məşqçisi Yan Olde Rikerink istefaya göndərilib.

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müvafiq qərar klubun direktorlar şurası tərəfindən verilib. İstefaya səbəb klubun cari mövsümdə qeyri-qənaətbəxş nəticələr göstərməsi olub. Hollandiyalı mütəxəssisin istefası ilə əlaqədar rəsmi məlumatın bu gün veriləcəyi gözlənilir.

 

Yan Olde Rikerinq 2016-cı ilin martında “Qalatasaray”ın baş məşqçisi vəzifəsinə gətirilib. "Sarı-qırmızılar" onun rəhbərliyi altında Türkiyə çempionatında 6-cı yer tutub və ölkə Kubokunu qazanıb. Hazırda Türkiyə Super Liqasında “Qalatasaray” lider “Beşiktaş"dan beş xal az toplayaraq 3-cü yerdə qərarlaşıb.


Xəbər xətti