"Neftçi"nin sabiq qapıçısı və azərbaycanlı klub prezidentinə silahlı hücum

12:57 14 Fevral 2017

Bir vaxtlar "Neftçi"nin qapısını qorumuş serbiyalı qapıçı Vladimir Miçoviç və fəaliyyətini dayandırmış "Abşeron" klubunun prezidenti Yaşar Rüstəmov Serbiyada kafelərin birində hücuma məruz qalıb
 

 

Sportarena.az 1news.az-a istinadən xəbər verir ki, kafelərin birində əyləşən Miçoviçlə Rüstəmov tanımadıqları şəxslərlə mübahisə ediblər. Mübahisə qızışandan sonra qarşı tərəfdə yer alanlardan biri tapança çıxarıb və Rüstəmovu ayağından yararlayıb, Miçoviç isə başından zərbələr alıb. Polis hadisəylə bağlı təhqiqat aparır.
 

 

Saytın əməkdaşıyla söhbətdə Miçoviç hadisəni təsdiqləyib və əlavə edib ki, hazırda özünü yaxşı hiss edir. 

 

Qeyd edək ki, Vladimir bir mövsüm "Abşeron"da da çıxış edib.


Xəbər xətti