“Qəbələ” - “Qarabağ” matçının başlama saatı açıqlandı

13:41 14 Fevral 2017

Azərbaycan Premyer Liqasının 19-cu turunda keçiriləcək “Qəbələ” - “Qarabağ” oyununun başlama saatı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, fevralın 19-u keçiriləcək qarşılaşma saat 17:30-da start götürəcək. Bu haqda Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, hazırda “Qarabağ” 42 xalla turnir cədvəlində birinco, “Qəbələ” isə 39 xalla ikinci yeri tutur.


Xəbər xətti