"Qalatasaray"ın yeni baş məşqçisi müəyyənləşdi

16:07 14 Fevral 2017

“Qalatasaray”ın yeni baş məşqçisi məlum olub.

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu xorvatiyalı mütəxəssis İqor Tudorla anlaşıb. “Cim-bom” rəhbərliyi holland Yan Olde Rikerinklə yollarını ayıraraq, “Karabükspor”un çalışdırıcısı ilə razılığa gəlib. Tərəflərin il yarımlıq müqavilə bağlayacağı gözlənilir.



İqor Tudor “Karabükspor”un “sükanı arxasına” ötən il keçmişdi. “Qalatasaray”ın Tudora görə klubuna 150 min avro ödəyəcəyi söylənilir.

 


Xəbər xətti