PSJ "Barselona"nı darmadağın etdi, "Borussiya" "Benfika" səfərində yenildi - YENİLƏNİB

10:05 15 Fevral 2017

Çempionlar Liqasında qış fasiləsi başa çatıb.

 

Sportarena.az xəbər verir ki, dünən Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib. İlk oyun gününə iki qarşılaşma baş tutub. "Borussiya” (Dortmund) “Benfika”nıb qonağı olub. Görüş Portuqaliya klubunun qələbəsi ilə nəticələnib. Gecənin digər matçı isə Parisdə keçirilib. PSJ gözlənilmədən “Barselona”nı böyük hesabla məğlub edib.

 

Qeyd edək ki, 1/8 finalın digər ilk oyunları isə fevralın 15-i, 21-i və 22-də keçiriləcək.

 

 

Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar

14 fevral

23:45 Benfika - Borussiya (Dortmund) 1:0

Qol: Mitroglu, 48.


23:45 PSJ - Barselona 4:0

Qollar: Di Maria, 18; 55. Draksler, 40. Kavani, 72.


Digər xəbərlər

Xəbər xətti