Ramil Şeydayev yenə 90-nı seçdi

10:47 15 Fevral 2017

Millimizin futbolçusu Ramil Şeydayevin Slovakiyanın "Jilina" klubunda hansı nömrə ilə çıxış edəcəyi müəyyənləşib.
 

Sportarena.az xəbər verir ki, bu barədə o, Rusiya mətbuatına müsahibəsində bildirib. 21 yaşlı hücumçu sabiq klubu "Zenit"də və müqavilə ilə məxsus "Trabzonspor"da olduğu kimi yeni komandasında da 90 nömrəli forma ilə çıxış edəcək. 

 

Qeyd edək ki, "Trabzonspor" futbolçusu Şeydayevi "Jilina"ya 1.5 illiyə icarəyə verib.


Digər xəbərlər

Xəbər xətti