"Qəbələ"də 6 itki

11:48 15 Fevral 2017

Azərbaycan Premyer Liqasının 19-cu turunda lider "Qarabağ"la qarşılaşacaq "Qəbələ"nin heyətində ciddi itkilər var.

 

 

Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar" çempionluğun taleyi baxımından önəmli matça 6 əskiklə çıxacaq. Kor bağırsağından əməliyyat olunmuş Asif Məmmədov, zədəlilər Vitali Vernidub, Rafael Santos, Elvin Camalov və Rəşad Eyyubovla yanaşı, ötən tur qımızı vərəqə alan Rasim Ramaldanov matçı buraxacaq.

 

Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" matçı fevralın 19-u saat 17:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti