Gənc ağır atletlərə seminar keçirildi - VİDEO

14:13 15 Fevral 2017

Azərbaycan Ağır Atletika Federasiyasının nəzdində fəaliyyət göstərən “Zirvə” Liseyində təhsil alan yeniyetmə və gənc atletlər bilik və savadlarının artırılması istiqamətində çalışmlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, mütəmadi xarakter alan seminarlar da bu qəbildəndir. Növbəti belə seminar AAAF Park Yaşayış Kompleksinin Konfrans Zalında baş tutub.Ağır atletika yığma komandasının həkimləri – Fuad Qasımov və Rizvan Əkbərov Liseydə təhsil alan idmançı-şagirdlərə “Şəxsi gigiyenanın vacibliyi haqqında” xüsusi dərs keçiblər. Məşqdən sonra duş qəbulu, əl-üzün təmiz yuyulması, geyimlərdə təmizliyə diqqət, sabudan istifadə və başqa bu kimi məqamlar fərqləndirilib, əhəmiyyəti vurğulanıb. Həkimlər bildiriblər ki, gigiyenaya diqqət etməyən idmançıların yarış zamanı qələbə qazanması, nəticə əldə etməsi də mümkün deyildir.

 

Qeyd edək ki, seminarda Liseydə təhsil alan 35 atlet və onların məşqçiləri iştirak ediblər. Seminar zamanı diskussiyalar aparılıb,şagirdlərin ünvanladığı müxtəlif suallar cavablandırılıb.

 

 


Digər xəbərlər

Xəbər xətti