"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi "Əskişəhərspor"da

15:53 15 Fevral 2017

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizlinin yeni klubu bəlli olub.


Sportarena.az xəbər verir ki, 67 yaşlı mütəxəssis Türkiyənin Birinci Liqasında mübarizə aparan "Əskişəhərspor"u çalışdıracaq. O, bu vəzifədə Alpay Özalanı əvəzləyəcək.


"Əskişəhərspor" 20 turdan sonra 35 xalla 4-cü pillədə qərarlaşıb.


Qeyd edək ki, 2013-14 mövsümündə "Xəzər Lənkəran"ı çalışdırmış türkiyəli mütəxəssisin məşqçi kimi sonuncu komandası "Qalatasaray" olub.


Digər xəbərlər

Xəbər xətti