Millimizin Dünya Kuboku üçün heyəti açıqlandı

Sportarena.az      15 Fevral 2018, 16:29

Sərbəst güləş üzrə millimizin İranın Kirmanşah şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcəyi heyət bəllidi.

 

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Firdovsi Umudov 16-17 fevralda baş tutacaq yarışa eksperimental heyətlə qatılmağı məqsədəuyğun sayıb. Artıq İranda olan yığmamızın sıralarında həm tanınmış güləşçilər, həm də debütantlar var:

 

Mahir Əmiraslanov, Georgi Ediraşvili (hər ikisi 57 kq), Əli Rəhimzadə (61 kq), Hacı Əliyev, Maqomed Muslimov (65 kq), David Suynuçıxanov (70 kq), Cəbrayıl Həsənov, Murad Süleymanov  (74 kq), Şərif Şərifov (86 kq), Aslanbek Alborov, Nurmaqomed Hacıyev (97 kq), Cəmaləddin Maqomedov.

 

 

Olimpiya çempionu Toğrul Əsgərovun qonşu ölkəyə yollanmamasının səbəbi açıqlanmır.

 

Seçməmiz Rusiya, ABŞ və Gürcüstanla A qrupunda mübarizə aparacaq. Öncə ruslarla gücünü sınayacaq millimiz ardından gürcüləri və amerikalıları sınağa çəkəcək. B qrupunda İran, Türkiyə, Hindistan və Monqolustan yer alıb.

 

Qeyd edək ki, sərbəst güləş yığmamız iki dəfə Dünya Kubokunun qalibi olmağı bacarıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin