"Qalatasaray"ın ulduzu Yaponiya yolunda

18:20 15 Fevral 2017

Almaniya millisinin sabiq üzvü Lukas Podolski "Qalatsaray"ı tərk etməyə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, təcrübəli hücumçu karyerasını Yaponiyada davam etdirə bilər. "Vissel Kobe" klubu artıq hücumuçuya görə "Qalatasaray"a rəsmən müraciət edib.

 

Yaponlar İstanbul klubuna 7,5 milyon avro transfer haqqı təklif edir. Türk klubunun təklifə müsbət yanaşdığı, son qərarı Podolskinin verəcəyi deyilir. Hücumçu təklifi qəbul etsə, 3 illik müqavilə imzalayacaq və ildə 5,5 milyon avro qazanacaq.

 

Qeyd edək ki, 2015-ci ildən "Qalatasaray"da çıxış edir. O, "sarı-qırmızılar"ın heyətində keçirdiyi 39 oyunda 16 qol vurmağı bacarıb. 

Futbol11.az 


Xəbər xətti