Maradona yenə qalmaqal yaratdı

18:34 15 Fevral 2017

Əfsanəvi futbolçu Diyeqo Maradona qadına şiddətdə ittiham olunur. 
 
 
Sportarena.az xəbər verir ki, bu barədə ABC qəzeti məlumat yayıb. İspaniya polisi çərşəmbə günü Madriddə Maradonanın qaldığı oteldə tədqiqat aparıb. O, aqressiv halda sevgilisi Rosio Oliva şiddət göstərib. 
 
 
Məlumata görə, qadın otelin qeydiyyat şöbəsinə zəng edərək, Maradonanın ona hücum etdiyini söyləyib. Otelin işçiləri isə tez polisə xəbər verib. Polis gəldikdən sonra Oliva dediklərini inkar edərək, aralarında sadəcə güclü mübahisə olduğunu deyib. 


Digər xəbərlər

Xəbər xətti