Benzema həmyerlisini ötdü

12:10 16 Fevral 2017

"Real"ın futbolçusu Kərim Benzema üçün Çempionlar Liqasının 1/8  finalında "Napoli" ilə ilk oyun (3:1) əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanın 18-ci dəqiqəsində fərqlənən fransalı hücumçu ÇL-də 51-ci qolunu vurub. Bununla da o, Tyerri Anrini (50 qol) keçərək ÇL tarixində ən yaxşı fransalı bombardir olub. Benzema ÇL-in ən yaxşı bombardirləri siyahısına isə 5-ci sıraya da yüksəlib.

 


Xəbər xətti