AFFA hakimi cəzalandırdı - 5 oyunluq - AÇIQLAMA

12:55 16 Fevral 2017

Beynəlxalq dərəcəli hakim Zeynal Zeynalov Azərbaycan Premyer Liqasının XVIII turunun "Zirə" - "Qəbələ" matçında səhvlərə yol verdiyi üçün cəzalandırılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. O, yan xətt hakiminin qarşıdakı 5 görüşdən kənarda qalacağını açıqlayıb. Görüşün baş hakimi Əliyar Ağayev isə heç bir cəzaya məruz qalmayıb. Məmmədovun fikrincə, FİFA referisi həmin görüşü yüksək səviyyədə idarə edib:

 

"Baş hakim üçün epizodu görmək çətindirsə, o, laynsmanın səhvinə görə məhsuliyyət daşımır. Bu səbəbdən, Zeynal Zeynalov ağır cəzaya məruz qalıb".

 


O bildirib ki, artıq Premyer Liqa matçlarında səhvə yol vermiş hakimlər əvəzedicilərin çempionatına və ya I Divizionun oyunlarına təyinat almayacaqlar:

 

"Bu ildən cəzaları ağırlaşdırmışıq. Əvvələr Premyer Liqada səhvə yol verən hakimləri formalarını itirməmək üçün əvəzedicilərin çempionatına və ya I diviziona göndərirdik. Daha belə hallar olmayacaq. Səhvə yol verənlər 5 oyunluq cəzalanacaqlar. Yəni, nöqsanı olan təxminən 1 ay kənarda qalacaq. Bunu da qonorara çevirəndə, 3 minə yaxın pul edir".

 

 

Qeyd edək ki, Zeynal Zeynalov "Qəbələ" ilə qarşılaşmanın uzatma dəqiqələrində "Zirə"nin bərabərlik qolunu vurduğu epizodda qayda pozuntusunu qeydə almayıb. (Report.az)


Digər xəbərlər

Xəbər xətti