"Bizə aiddiyyatı yoxdur" - "Qəbələ"dən hakimin cəzalandırılmasına münasibət - AÇIQLAMA

13:49 16 Fevral 2017

Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən "Zirə" - "Qəbələ" oyununda (2:2) kobud səhvlərə yol verən yan xətt hakimi olan Zeynal Zeynalovun 5 oyunluq cəzalandırıldığı barədə məlumat vermişdik.

 

Laynsmanın sözügedən oyun zamanı verdiyi səhv qərarlar "Qəbələ"ni 3 xaldan məhrum etmiş, "Qırmızı-qaralar" matçdan sonra hakimliklə bağlı ciddi iradlarını bildirmişdi. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məhz bu gün Zeynalovun cəzalandırıldığını, həmin görüşün baş hakimi olan Əliyar Ağayevin isə matçı yüksək səviyyədə idarə etdiyini söyləyib.

 

 

 

Yan xətt hakiminin cəzalanması "Qəbələ"nin ürəyincə oldumu? Sualımızı klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə ünvanladıq. Hacıyev Sportarena.az-a açıqlamasında bunları söylədi:

 

"Yan xətt hakiminin cəzalandırılmasıyla bağlı məsələnin bizə aiddiyyatı yoxdur. Bu, heç nəyi dəyişməyəcək. İstəyimiz odur ki, hakimlər oyunlar zamanı nəticəyə təsir edən qərarlar qəbul etməsinlər. Biz ədalətli oyun prinsiplərinin pozulmasını istəmirik".


Xəbər xətti