İngiltərə futbolunda şok - Ölkənin ən yaxşı hakimi Premyer Liqadan imtina etdi

18:54 16 Fevral 2017

Avropada 2016-cı ilin ən yaxşı hakimi seçilən Mark Klattenburq gözlənilməz qərar qəbul edib. 

 

Sportal.az xəbər verir ki, ingilis referi bundan sonra ölkəsinin çempionatında matçlar idarə etməyəcək. BBC-nin məlumatına görə, o, artıq bu haqda İngiltərə Futbol Federasiyasına müraciət edib.  Mənbə iddia edir ki, 41 yaşlı referinin bundan sonra Səudiyyə Ərəbistanının çempionatında fəaliyyət göstərəcək.

 

 

Qeyd edək ki, Klattenburq 1993-cü ildən hakimlik edir. O, 2006-cı ildə FİFA dərəcəsini alıb.


Xəbər xətti