"Şəmkir" baş məşqçisini göndərdi

10:28 17 Fevral 2017

"Şəmkir" baş məşqçisi Qəhrəman Əliyevi istefaya göndərib.

 

Sportarena.az xəbər verir ki, komandanın birinci diviziondakı çıxışı klub rəhbərliyini razı salmadığı üçün belə qərar verilib. Komanda müvəqqəti olaraq baş məşqçinin köməkçisi olmuş Mehman Yunusova tapşırılıb.

 

Qeyd edək ki, "Şəmkir" birinci divizionda 15 turdan sonra 28 xalla 3-cü pillədə qərarlaşıb.


Xəbər xətti