Daha bir oyun təxirə salındı

14:38 17 Fevral 2017

Ölkədə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən daha bir oyun təxirə salınıb. 

 


Sportarena.az xəbər veror ki, Peşəkar Futbol Liqası Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin çempionatının bir matçının vaxtını dəyişib. Paytaxtda keçirilməli olan “İnter” – “Zirə” görüşü bu gün deyil, fevralın 19-da reallaşacaq. Qarşılaşma 14:00-da “İnter Arena”da keçiriləcək.

 

Qeyd edək ki, birinci divizionun 17-ci turu çərçivəsində bu gün baş tutmalı olan "Şahdağ" - "Bakılı" matçı da eyni səbəbdən təxirə salınıb


Digər xəbərlər

Xəbər xətti