İspaniyalı hakim "Ayaks"ın qolunu saymadı - FOTO

16:52 17 Fevral 2017

Avropa Liqasının 1/16 final mərhələsində keçirilən “Legiya” – “Ayaks” matçında kobud hakim səhvi qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, matçın əvvəlində qonaq komandanın təmiz qolu qeydə alınmayıb. "Ayaks"ın futbolçusu Devi Klaasenin zərbəsindən sonra “Legiya”nın qapıçısı topu qapı xəttini keçəndən sonra qaytarsa da, ispaniyalı hakim David Fernandes Borbalan qolu qeydə almayıb.

 

Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

 


Digər xəbərlər

Xəbər xətti