"Kəpəz" "Neftçi" ilə oyuna itkisiz çıxacaq?

10:24 18 Fevral 2017

Azərbaycan Premyer Liqasının 19-cu turunda “Neftçi”nin qonağı olacaq “Kəpəz” ötən gün keçirdiyi son məşqlə qarşıdakı matçın hazırlığını başa vurub.



Sportarena.az klubun saytına istinadən xəbər verir ki, komandanın oyun öncəsi son məşqinin görüşə ev sahibliyi edəcək “Bakcell Arena”da keçirilməsi nəzərdə tutulsa da, məlum hava şəraiti buna mane olub.  Arenanın oyuna hazır vəziyyətə gətirilməsi üçün günboyu meydança qardan təmizləndiyindən “Kəpəz” “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasının qapalı manejində məşq keçib.



Qeyd edək ki, “Kəpəz”in heyətində itki yoxdur. Gəncə klubunun əvvəlki iki turu buraxan futbolçusu Renan Da Silvanın cəza dövrü başa çatdığından müdafiəçi bu gün komandaya kömək edə biləcək.


Digər xəbərlər

Xəbər xətti