"Qırmızı vərəqə var idi" - Ayxan Abbasov - AÇIQLAMA

18:41 18 Fevral 2017

Azərbaycan Premyer Liqasının 19-cu turunda keçirilən “İnter” - “Zirə” oyunundan sonra (1:1) qonaqların baş məşqçisi Ayxan Abbasov matçla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, Abbasov oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:

 

“Gərgin oyun oldu. “İnter”lə oyunlar həmişə belə keçir. Yeni gələn futbolçularımız tam formada deyillər. Bunun səbəbi onların bizimlə birlikdə tam hazırlıq keçməməsidi. Bu oyundakı bir xal bizim üçün çox vacib idi. Qırmızı vərəqə var idi. Məncə, top xətdən kənarda Nəzirovun əlinə dəymişdi”.


Digər xəbərlər

Xəbər xətti