"Ədalətli heç-heçə idi" - Zaur Svanadze - AÇIQLAMA

18:53 18 Fevral 2017

Azərbaycan Premyer Liqasının 19-cu turunda keçirilən “İnter” - “Zirə” oyunundan sonra (1:1) meydan sahiblərinin baş məşqçisi Zaur Svanadze matçla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, gürcü mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:



“Oyunda daha çox mübarizənin şahidi olduq, buna görə də baxımlı oyun alınmadı. “Qarabağ”la oyunda baxımlı futbol sərgiləməyə çalışacağıq. Səhvlərdən dərs çıxarmalıyıq. Rəqib azlıqda qalandan sonra müdafiəyə oturdu. Ədalətli nəticə heç-heçə idi”.


Digər xəbərlər

Xəbər xətti