"Bursaspor"dan Dəniz Yılmaza ağır cəza

19:48 18 Fevral 2017

Türkiyənin “Bursaspor” klubu iki futbolçusunu əsas komandadan uzaqlaşdırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Superliqa təmsilçisinin rəsmi saytı yayıb. Millimizin üzvü Dəniz Yılmaz və Sərcan Yıldırım qeyri-müəyyən müddətə komandadan uzaqlaşdırılıb. Onlara pul cəzasınını veriləcəyi də gözlənilir.

 

Qeyd edək ki, Dəniz ötən gün Superliqanın 21-ci turunda baş tutan “Kayserispor” – “Bursaspor” (2:0) matçının 19-cu dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuşdu.


Xəbər xətti