"Barselona"nın yeni hədəfi - Ronald Kuman

16:17 19 Fevral 2017

Hazırkı baş məşqçisi Luis Enrikenin xidmətin maraqlı olmayan "Barselona"nın yeni çalışdırıcı axtarışları davam edir.

 

Sportarena.az xəbər verir ki, Kataloniya klubu "Everton" "sükanı arxasında" əyləşən Ronald Kumanı komandanın başına gətirmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Futbolçu kimi 6 il "Barsa"nın formasını geyinmiş hollandiyalı mütəxəssisin meneceri ilə bu barədə ilkin danışıqlar aparılıb. Ronald meneceri vaitəsilə İspaniya təmsilçisindən maya qədər gözləməyi xahiş edib və məhz həmin vaxtdan sonra bu məsələ ətrafında müzakirə apara biləcəyini bildirib.

 

Qeyd edək ki, 1998-200-ci illərdə "Barselona"da köməkçi məşqçi işləyən mütəxəssis 2016-cı ilin yayında "Sauthempton"dan ayrılaraq "Everton"la anlaşmışdı.


Digər xəbərlər

Xəbər xətti