Qəbələdə ara qarışdı: Azarkeş bölməyə aparıldı - FOTO

18:08 19 Fevral 2017

Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən  "Qəbələ" - "Qarabağ" matçında insident baş verib.

 

Sportarena.az xəbər verir ki, ev sahiblərinin hesabı açmasından sonra iki komandanın azarkeşlər arasında gərginlik yaşanıb. Polisin müdaxiləsindən sonra azarkeşləri sakitləşdirmək mümkün olub. Bununla belə, bir yerli fanat polis bölməsinə aparılıb.

 

Qeyd edək ki, "Qəbələ" "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edir. Matçın 28-ci dəqiqəsində Sergey Zenyov fərqlənib.

 


Digər xəbərlər

Xəbər xətti