"Hardasa səhv etmişik" - Qurban Qurbanov - AÇIQLAMA

19:44 19 Fevral 2017

Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən "Qəbələ" - "Qarabağ" matçından (2:0) sonra qonaqların baş məşqçisi Qurban Qurbanov görüşlə bağlı fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, Qurbanov bunları söyləyib:

 

"Oyunun gedişindən razı qaldım. Qarşıda daha ağır matçlarımız var.  Komandanı hazırlayıb, qarşıdakı oyunlarda qalib gəlməyə çalışacağıq. Qol epizodunda hakimlər haqlı qərar verdi.  Bu bizim Avropa Liqasında "İnter"lə matçda olan epizoda bənzədi.  Amma hakimlərimiz bu epizodu düzgün qiymətləndirdi. Buna görə onlara 5 düşür. Bu gün çempionluq uğrunda mübarizə daha da qızışdı. Mən hər dəfə məğlub olanda komandanı yaxşı motivasiya edə bilirəmMəğlub olanda özümdə həmişə günah axtarıram. Məğlub olmuşuqsa, demək ki, hardasa səhv etmişik. Oyundan sonra da bunları analiz edirik".


Digər xəbərlər

Xəbər xətti