"Komandamdan da çox razı qaldım" - Qriqorçuk - AÇIQLAMA

20:00 19 Fevral 2017

Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən "Qəbələ" - "Qarabağ" oyunundan (2:0) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk matçla bağlı fikirlərini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis qələbəni belə şərh edib:

 

"Oyunla bağlı müsbət fikirlər səsləndirə bilərəm.  Hər iki komanda yaxşı oyun sərgilədi. Komandamdan da çox razı qaldım.  Futbolçuların hər birinə təşəkkür edirəm və onlarla fəxr edirəm. Özümüzü rəqiblə müqayisə etmirəm. Amma biz həm taktiki, həm də psixoloji cəhətdən yaxşı idik.

Qazanılan qələbədə azarkeşlərin rolu böyük idi.  İstəyərik ki, azarkeşlər stadiona hər zaman belə  gəlsin.  Futbolçular da yaxşı oyun göstərsin, hakimlər yaxşı idarəçilik etsin.  Bunlar olduqdan sonra Azərbaycan çempionatının səviyyəsini yüksəltmək olar".


Digər xəbərlər

Xəbər xətti