Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən "Qəbələ" - "Qarabağ" oyunundan (2:0) sonra yerli komandanın azarkeşləri gözlənilməz hərəkət ediblər.
Sportarena.az xəbər verir ki, "Qəbələ"nin fanatları Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovu təhqir ediblər. Hadisə çalışdırıcı stadionu tərk edib klubun avtobusuna yollanan zaman baş verib. Qurbanov soyuqqanlı davranaraq onların söyüşlərini heç bir reaksiya göstəməyib.