Millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Kadiz" İspaniya II liqasında növbəti oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, komanda 26-cı turda doğma meydanda "Reus"la qarşılaşıb.Matç qolsuz bərabərliklə başa çatıb. E.İsrafilov 18-likdə yer alıb və görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Kadiz" 26 turdan sonra 41 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.