Təmsilçimizin Çempionlar Liqasındakı rəqibləri məlum oldu

14:02 20 Fevral 2017

İspaniyanın Sevilya şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, turnirdə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Azərbaycan çemionatının qalibi "Ulduz" futzal komandası iştirak edir. Püşkün nəticəsinə görə,  ilkin qrup mərhələsində təmsilçimizin rəqibləri İsveçin “Stokholm”, Fransanın “Reyms” və Almaniyanın “Ausburq” komandaları olacaq.

 

Təmsilçimiz fevralın 21-də, Bakı vaxtı ilə saat 13:00-da “Stokholm”, saat 17:00-da “Ausburg”, fevralın 22-də saat 13:00-da isə “Reims” komandası ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti