Prosineçki Azərbaycan millisinə necə gəlib? - AÇIQLAMA

14:45 20 Fevral 2017

Türkiyəli məşqçi Guray Bulak Balkan ölkələrinin futbol menecerlərinin fəaliyyətini bağlı maraqlı açıqlamalar verib.

 

Sportarena.az xəbər verir ki, “TRT Spor”a müsahibəsində o, əvəlcə xorvatiyalı İqor Tudorun “Qalatasaray”a baş məşqçi təyin edilməsini tənqid edib: 

 

“Tudor bundan əvvəl çalışdığı “Karabükspor”dakı səfər matçlarında cəmi 4 xal yığıb. Məgər, belə nəticəsi olan məşqçini böyük komandaya gətirərlər? Gəlin, onunla “Kayserispor”da qısa zamanda yaxşı iş görən Sərgən Yalçını müqayisə edək. Niyə bu gün “Qalatsaray” Sərgəni deyil, Tudoru komandaya dəvət edir? Ona görə ki, türk klublarının prezidentlərinin Balkan menecer mafiyası ilə əlaqəsi var. Balkan ölkələrindən bir məşqçinin qısa fəaliyyəti kifayət edir ki, böyük klublara getsinlər. Biliç “Beşiktaş”da nəyə nail oldu və indi hardadı? “Everton”da! Şenol Günəş “Beşiktaş”da əla iş görürür. Bəs onu niyə İngiltərəyə çağırmırlar?”

 

Bulak millimizin xorvatiyalı baş məşqçisi Robert Prosineçki barədə də danışıb:

Hamı bilir ki, Prosineçkinin “Kayrserispor”da necə uğursuz işi oldu. Amma nə olsun! Bu gün Prosineçki Azərbaycan millisinin baş məşqçidir. Hansı xidmətlərinə görə? Şota Arveladze yaxşı məşqçidir. Amma bu gün İsraildə çalışır və orta səviyyəli “Alanyaspor” klubuna keçməyə yaxındır. Balkan məşqçilərin arxasında güclü menecer lobbisi durub” – deyə o bildirib.


Digər xəbərlər

Xəbər xətti