"İnter"də ciddi itki - "Qarabağ"a qarşı oynamayacaq

15:08 20 Fevral 2017

Azərbaycan Premyer Liqasının 20-ci turunda  “Qarabağ”ın qonağı olacaq “İnter” oyuna ciddi itki ilə çıxacaq.

Sportarena.az xəbər verir ki, komandanın aparıcı oyunçularından olan Slavik Alxasov sözügedən oyunu buraxacaq. Cinah müdafiəçisi ötən tur “Zirə” ilə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Qeyd edək ki, "Qarabağ" - "İnter" oyunu fevralın 28-də keçiriləcək. 


Xəbər xətti