"Barselona" tarixində ilk dəfə

15:58 20 Fevral 2017

Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ 0:4 hesabı ilə məğlub olan "Barselona" La Liqada təsəlli tapıb. 
 
 
Sportarena.az xəbər verir ki, Katalonya klubu La Liqada qalma üçün mübarizəsi aparan "Leqanes" ilə qarşılaşıb.  Gərgin mübarizədə "Barselona" Messinin son dəqiqədə vurduğu penalti ilə görüşdən 2:1 hesabı ilə qalib ayrılıb.
 
 
Bu matçda "Barselona" tarixində ilk dəfə olaraq meydana cəmi 1 ispan futbolçu ilə çıxıb. Serxio Robertodan başqa görüşdə iştirak edən bütün futbolçular legioner olub:
 
 
Ter Ştegen, Samuel Umtiti, Ceremi Mathyu, İvan Rakitiç, Rafinya, Serxi Roberto, Andre Qomeş, Luis Suares, Leonel Messi, Neymar.


Digər xəbərlər

Xəbər xətti