"Beşiktaş" ulduz futbolçusunu itirdi

17:56 20 Fevral 2017

Avropa Liqasının 1/16 final mərhələsində İsrailin "Hapoel" klubunu qəbul edəcək "Beşiktaş" oyuna ciddi itki ilə çıxacaq.

 


Sportarena.az xəbər verir ki, İstanbul klubunun aparıcı futbolçu Rikardo Kuarejma zədə səbəbindən bu görüşü buraxacaq. Superliqanın 21-ci turunda "Akhisar"la oyunda zədələnən portuqaliyalı yarımmüdafiəçinin zədəsinin ciddi olduğu məlum olub.

 


Qeyd edək ki, “Beşiktaş” - “Hapoel” oyunu fevralın 23-də keçiriləcək. Tərəflər arasında baş tutan ilk görüşdən "ağ-qaralar" qalib ayrılıb - 3:1.


Digər xəbərlər

Xəbər xətti