ÇL-in tarixində ilk qadın məşqçi

19:09 20 Fevral 2017

Honqonqun “İstern” klubunun baş məşqçisi Çan Yun Tin diqqətləri öz üzərinə çəkməyi bacarıb.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı qadın məşqçi öz komandasını ölkə çempionu etməklə Asiya Çempionlar Liqasına vəsaiqə qazanıb. Bununla da o, ÇL-in tarixində ilk qadın məşqçi olub.

 

Qeyd edək ki,  “İstern” ÇL-də ilk oyununu Luis Felipe Skolarinin rəhbərlik etdiyi “Quançjou Everqrand” klubuna qarşı keçiriəcək.


Xəbər xətti