"Məğlubiyyət bizi sındırmadı" - Maksim Medvedev - AÇIQLAMA

20:42 20 Fevral 2017

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev klubun rəsmi "feysbuk" səhifəsinə "Qəbələ" ilə oyunla bağlı qısa açıqlama verib.
 
 
Sportarena.az xəbər verir ki, o, bildirib ki, məğlubiyyətə rəğmən, ruhdan düşməyiblər:
 
 
"Hava şəraitinə baxmayaraq, maraqlı matç oldu. Hər iki komanda da vacib oyun olduğunu bilirdi, vuruşurdu. Azarkeşlərin dəstəyi də gözəl idi. Bu, futboldur, məğlubiyyətin olmağı da normaldır. Bəzən nə qədər hazırlaşsan da, bəzi məqamlar yaddan çıxır. Məğlubiyyət bizi sındırmadı. Qarşıda hələ matçlarımız var. Belə situasiyalara rast gəlmişik, çıxış yolunu da bilirik. Əgər çempion olmaq istəyiriksə, növbəti oyunların hər birində qələbə qazanmalıyıq. Yəni, başqa yolumuz da yoxdur"


Digər xəbərlər

Xəbər xətti