Amit Quluzadə oynadı, komandası qalib gəldi

10:03 21 Fevral 2017

Amit Quluzadə Yunanıstanın AEL Larissa klubunda növbəti oyununu keçirib. 



Sportarena.az xəbər verir ki, həmyerlimiz Yunanıstan çempionatının 21-ci turu çərçivəsində “Levadiakos”a qarşı keçirilən matça meydana çıxıb.  Quluzadə 54-cü dəqiqədə Reyesin əvəzinə oyuna qoşulub. Amitin meydana çıxmasından sonra komandası 71-ci dəqiqədə qələbə qolunu vurub - 2:1. Həmyerlimiz 89-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 
 

Qeyd edək ki, mövsümdə 4-cü qələbəsini qazanan AEL xallarının sayını 20-yə çatdırmaqla turnir cədvəlində 12-ci pilləyə yüksəlib. 


Digər xəbərlər

Xəbər xətti