Samir Abasova cəza və xəbərdarlıq

13:08 21 Fevral 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda Azərbaycan Premyer Liqasının 19-cu turunun “İnter” - “Zirə” və “Sumqayıt” - AZAL matçlarıyla bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

"İnter” - “Zirə” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Zirə”nin futbolçusu Anar Nəzirov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

“Sumqayıt” - AZAL görüşündə meydan sahiblərinin baş məşqçisi Samir Abasov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, bu hal ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat cərimə olunub. Anoloji hadisə yenidən təkrarlanacağı təqdirdə kluba daha ağır sanksiya tətbiq olunacaq.


Digər xəbərlər

Xəbər xətti