Neymar yenidən məhkəmə qarşısında

14:32 21 Fevral 2017

İspaniyanın Ali Məhkəməsi 2013-cü ildə Neymarın "Santos"dan "Barcelona"ya transferi ilə əlaqədar açılmış işin apellyasiya müraciətini rədd edib.

 

Sportarena.az xəbər verir ki, Neymar və hər iki klub yenidən məhkəmə qarşısına çıxacaq. Məhkəmə prosesinin kökündə DIS investisiya fondunun şikayəti durur.

 

Fond 2009-cu ildə 1.4 milyon avro qarşılığında Neymarın transfer hüquqlarının 40%-ni əldə edib. 2013-cü ildə futbolçunun katalon klubuna transferi rəsmən 57.1 milyon avroya başa gəlib. Bunun 17.1 milyon avrosunu "Santos" çatıb.

 

Amma prokurorluğun fikrinə görə, bu məbləğ 25.1 milyon avro şəklində rəsmiləşdirilib. Yəni, klublar DIS fonduna az pul ödəməklə bağlı əvvəldən razılığa gəliblər. Bu işdə Neymarın anası Nadin Qonsalveş və atası da şübhəli bilinir.


 


Digər xəbərlər

Xəbər xətti