UEFA-dan "Fənərbaxça"nı oyunu ilə bağlı terror AÇIQLAMASI

16:01 21 Fevral 2017

UEFA Avropa Liqasının 1/16 mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Fənərbaxça” - “Krasnodar” matçı ilə bağlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, qurum bir sıra ölkələrin mətbu orqanlarında sözügedən oyun zamanı baş verə biləcək terror hadisələri ilə bağlı dərc edilən yazılara münasibət bildirmək məcburiyətində qalıb. UEFA-nın açıqlamasında bildirilib ki, fevralın 22-də İstanbulda keçiriləcək oyunla bağlı bütün təhlükəsizlik tədbirlərinin həyata keçiriləcəyinə əmindilər:

 

“Bütün oyunlarda olduğu kimi, futbolçuların, klub rəsmilərinin, azarkeşlərin güvənliyini qorumaq üçün meydan sahibi olan “Fənərbaxça” klubunun lazım olan tədbirləri görəcəyinə əminik”.

 

Qeyd edək ki, Rusiyada keçirilən ilk oyunda “Krasnodar” “Fənər”i 1:0 hesabı ilə məğlub etmişdi.


Digər xəbərlər

Xəbər xətti