"Totti "Roma" ilə sevgi müqaviləsi imzalayıb" - Spaletti - AÇIQLAMA

18:10 21 Fevral 2017

"Roma"nın baş məşqçisi Lusiano Spaletti komandaın canlı əfsanəsi olan Françesko Tottinin gələcək karyerası haqda açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 56 yaşlı mütəxəssis Tottinin "canavarlar"la yeni müqavilə imzalamağının yalnız futbolçunun özündən asılı olduğunu bildirib:

 

"Əgər Totti oynamağa davam etsə, növbəti mövsüm üçün yeni müqavilə imzalayacaq. Totti ilə müqavilə imzalamağa ehtiyac da yoxdur. Çünki o, "Roma" ilə sevgi müqaviləsi imzalayıb".

 

Qeyd edək ki, 1993-cü ildən "Roma"da çıxış edən 40 yaşlı Tottinin mövsüm sonunda kariyerasını başa vuracağı barədə məlumatlar yayılmağa başlayıb.


Xəbər xətti