Konte "Çelsi"dən ayrılmayacaq

19:06 21 Fevral 2017

Antonio Konte “Çelsi” ilə yeni müqavilə bağlayacaq.

 

Sportarena.az xəbər verir ki, tərəflər yeni müqavilənin şərtlərini razılaşdırıblar. “Çelsi”nin Premyer Liqada uğurlu çıxış etməsindən sonra rəhbərlik italyan mütəxəssislə müqaviləni uzatmaq istəyirdi.

 

Razılaşmaya görə, Konte 2020-ci ilin yayına qədər “Çelsi”də qalacaq. Onun qüvvədə olan müqaviləsi 2019-cu ilə qədər nəzərdə tutulmuşdu.

 

Qeyd edək ki, 2016-cı ilin yayından "Çelsi"yə başçılıq edən 47 yaşlı mütəxəssislə "İnter"  rəhbərliyi yaxından maraqlanırdı. Milan klubu onu mövsümün sonunda komandanın başın gətirmək istəyirdi.


Xəbər xətti