"Şah" zirvədə

10:22 22 Fevral 2017

Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE qran-prisi davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün baş tutan 4-cü turda yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov ingilis qrossmeyster Maykl Adamsla qarşılaşıb. Görüş “şah”ın qələbəsiylə başa çatıb. Ağ fiqurlarla oynayan Məmmədyarov 43-cü gedişdə rəqibini təslim olmağa məcbur edib.

4 turdan sonra hesabında 3 xal olan Məmmədyarov Maksim Vaşe-Laqrav ilə birlikdə turnir cədvəlinin şərikli lideridi.


Xəbər xətti