Ozobiç "Qəbələ"də hamını qabaqladı

10:44 22 Fevral 2017

Azərbaycan Premyer Liqasının 19-cu turunda "Qəbələ"nin heyətində "Qarabağ"la oyunun ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, klubun rəsmi "Facebook" səhifəsində azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, Filip Ozobiç qalib olub. O, 62 faiz səs toplayaraq komanda yoldaşlarını qabaqlayıb.

 

Qeyd edək ki, Ozobiç "Qarabağ"la oyunda (2:0) komandasının ikinci qolunu vurub.


Digər xəbərlər

Xəbər xətti