"Fənərbaxça" Avropa Liqası ilə vidalaşdı - YENİLƏNİB

03:16 23 Fevral 2017

Bu gün Avropa Liqasın 1/16 final mərhələsinin cavab görüşlərinə start verilib.

 

Sportarena.az xəbər verir ki, çərşənbə günü 3 qarşılaşma baş tutub. İlk oyunda səfərdə "Krasnodar"a 0:1 hesabı ilə məğlub olan "Fənərbaxça" növbəti mərhələyə yüksəlmək üçün qələbə qazanmağa borclu olsa da, buna nail ola bilməyib.

 

Günən digər iki matçı isə formal xarakter daşıyıb. İlk oyunda 3:0 hesablı qələbəyə sevinən "Mançester Yunayted" və "Şalke"nin sensasiyaya imkan verməyib.

 

Qeyd edək ki, mərhələnin digər görüşləri sabah keçiriləcək.

 


Avropa Liqası, 1/16 final, cavab oyunları
22 fevral
Fənərbaxça - Krasnodar 1:1 (0:1)

Qollar: Souza, 41 - Smolov, 7.


Şalke - PAOK 1:1 (3:0)

Qollar: Şoef, 23 - Nastasiç, 25-a/q


Sent-Etiyen - Mançester Yunayted 0:1 (0:3)

Qol: Mxitaryan, 17.


Xəbər xətti