Qrizmanndan rekord - Klubunun tarixinə düşdü

11:18 22 Fevral 2017

Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" səfərdə "Bayer"i 4:2 hesabı ilə məğlub edib.

 

Sportarena.az xəbər verir ki, sözügedən matç Madrid klubunun hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub. Qollardan birinin müəllifi olan fransalı futbolçu adını klub tarixinə yazdırıb. Belə ki, 25 yaşlı oyunçu "Atletiko" forması ilə Çempionlar Liqasında 13-cü qolunu vurub və klubun tarixində bu turnirdə ən çox qol vuran futbolçu ünvanını ələ keçirib. Rekord isə 1964/74-cü illərdə "Atletiko"da çıxış edən Luis Araqonesə məxsus idi (12 qol).

 

Qeyd edək ki, Qrizmann 2014-cü ildən "Atletiko"da çıxış edir.


Xəbər xətti