"Qoca sinyora"dan səfər, "Sevilya"dan ev qələbəsi - YENİLƏNİB

03:10 23 Fevral 2017

Bu gün baş tutacaq iki oyunla Çempionlar Liqasının 1/8 final mərhələsinin ilkin oyunlarına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, gecənin matçlarından biri Portuda baş tutub. Şəhərin eyni adlı təmsilçisi "Yuventus"la üz-üzə gəlib. "Qoca sinyora" İtaliyaya  qələbə ilə qayıdıb.

 

Digər görüşdə isə "Sevilya" "Lester"i qonaq edib. "Sevilya" minimal hesablı qələbəyə sevinib.

 

 

Çempionlar Liqası, 1/8 final, ilkin oyunlar

22 fevral
Portu - Yuventus 0:2

Qol: Pyaça, 72. Alveş, 74.


Sevilya - Lester 2:1

Qol: Sarabiya, 25. Korrea, 62 - Vardi, 73


Digər xəbərlər

Xəbər xətti